...

Suraxanıda 220 metr rabitə kabeli oğurlayan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 5 Fevral 2019 13:47 (UTC +04:00)
Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.
Suraxanıda 220 metr rabitə kabeli oğurlayan şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti