...

Qubada qazıntı işləri aparan ekskavator çaya düşdü, sürücünü su apardı

Hadisə Materials 7 Fevral 2019 13:42 (UTC +04:00)
Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.
Qubada qazıntı işləri aparan ekskavator çaya düşdü, sürücünü su apardı

Bakı. Trend:

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti