...

Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib

Hadisə Materials 8 Fevral 2019 10:44 (UTC +04:00)
Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.
Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib

Bakı. Trend:

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti