...

Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 14 Fevral 2019 19:27 (UTC +04:00)
Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.
Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 7-də Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində nəqliyyat vasitəsinin operatoru Qasımov Vüqar Eyvaz oğlu Vəlvələçaya düşərək boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda V.Qasımovun axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti