Cahangir Hacıyevin məhkəməsində şahid ifadələri arasında ziddiyyətlər üzə çıxıb

Cahangir Hacıyevin məhkəməsində şahid ifadələri arasında ziddiyyətlər üzə çıxıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Gündüz Məmmədov bildirib ki, hazırda Beynəlxalq Bankın Abşeron filialının müdir müavini vəzifəsində çalışır: "Kredit komitəsində layihələrə verilən kreditlərə qol çəkmişəm. Bankın Kredit komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram, həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən, 100 min manatlıq kreditlər idi. Kredit komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Layihələrə daha böyük məbləğdə kreditlərin verilməsinə isə Bankın Müşahidə Şurası nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədlərini banka təqdim edirdi və girov qoyurdu. Kredit komitəsi də onları araşdırıb sonra qərar verirdi".

Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. Bildirilib ki, G.Məmmədov 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atıb. Kredit komitəsində qərarlar iclas zamanı deyil, iclasdan sonra elan olunub.

Daha sonra şahid qismində ifadə verən Beynəlxalq Bankın vəzifəli şəxsi Aydın Səlimov deyib ki, Bankın Aktivlər və passivlər departamentinin üzvü olub, veksellərin əməliyyatları zamanı sənədlərə imza atmayıb: "Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur".

Məhkəmədə şahid qismində ifadə verən Həsən Həsənzadə isə bildirib ki, Beynəlxalq Bankın Aktivlər və passivlər departamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və passivlər departamenti formal qurum olaraq işləyib: "Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, Bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş verirdi ki, Xəzinədar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim".

Prosesdə şahid qismində dindirilən Şakir Musayev "İntertekstil" şirkətinin sabiq rəhbəri olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib.

Ş.Musayev bildirib ki, D.Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: "Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri Banka göndərsin, sənədlərə imza atsınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kredit götürülüb, həmin kreditlər də artıq ödənilib. Layihənin rəhbəri D.Xəlilov olub, bütün göstərişləri də sabiq deputatdan alıb".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Loading Bars
Xəbər lenti
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan tükdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Sabirabadda bacı-qardaş Kür çayında batıb
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır - Volkan Bozkır
Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - Deputat
Hindistan Səfirliyi Hindistan ədviyyatını təbliğ etmək məqsədilə İnteraktiv Vebinar təşkil etdi (FOTO)
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
Ukraynada marixuana leqallaşdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Milli Məclisin Sədri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb (FOTO)
ADA Universitetinin "Baku Dialogues" jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
Dünyada koronavirus vaksinlərinin 87 faizi yüksək gəlirli ölkələrin payına düşür - ÜST
“Əsas Məsələ”də İƏT Təmas Qrupu üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfəri müzakirə olunub (VİDEO)
Dövlət komitəsi 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması xəbərinə aydınlıq gətirdi
SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub (FOTO)
Ermənilər işğaldan azad olunan ərazilərdə tələ minalar qurublar - Agentlik
Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib
Zəngilanda "Ağıllı kənd"in 42 hektarı minalardan təmizlənib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Dövlət Turizm Agentliyinin kollektivi vaksinasiya olunub (FOTO)
Bütün xəbərlər