...

Bakıda yataqxanada baş vermiş yanğının görüntüləri yayılıb (VİDEO)

Hadisə Materials 6 Mart 2019 09:58 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Nərimanov rayonunda yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxanadakı yanğının görüntüləri yayılıb. Bildirək ki, hadisə gecə saat 01 radələrində qeydə alınıb.

FHN-dən Trend-ə bildirilib ki, yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti