...

Sumqayıtda “TOFAŞ” elektrik dirəyinə dəydi - Sürücü öldü, 3 nəfər xəstəxanada

Hadisə Materials 8 Mart 2019 13:20 (UTC +04:00)
Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda “TOFAŞ” elektrik dirəyinə dəydi - Sürücü öldü, 3 nəfər xəstəxanada

Bakı. Trend:

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti