Bakı. Elnur Bağışov - Trend:
İranın qərbində yerləşən Kürdüstan vilayətinin Banə rayonunda saxta spirtli içkilərdən zəhərlənənlərin sayı 17 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayəti Banə rayonu Səhiyyə və Müalicə İdarəsinin direktoru Arəş Rəşidi açıqlamasında deyib.
A.Rəşidinin sözlərinə görə, ötən 2 gündə spirtli içkilərdən zəhərlənənlər rayon xəstəxanasına yerləşdirilib.
İdarə rəsmisi əlavə edib ki, indiyədək 12 nəfər dializ edilib, 5 nəfər isə evə buraxılıb.
A.Rəşidi spirtli içkilərdən zəhərlənənlərin sayının artmaqda olduğunu deyib.
Qərbi Azərbaycan vilayətinin Bukan rayonunda saxta spirtli içkilərdən istifadə nəticəsində iki nəfər dünyasını dəyişib.