...

Tərtərdə evdə partlayış baş verib

Hadisə Materials 14 Mart 2019 13:42 (UTC +04:00)
Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib.
Tərtərdə evdə partlayış baş verib

Bakı. Trend:

Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb.

Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti