...

Xırdalanda kafedə yanğın olub

Hadisə Materials 26 Mart 2019 09:38 (UTC +04:00)
Xırdalanda kafedə yanğın olub.
Xırdalanda kafedə yanğın olub

Bakı. Trend:

Xırdalanda kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yasayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan kafedə 5 m² sahədə mebel yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti