...

Tacikistanda yük maşını aşdı - 5 ölü

Hadisə Materials 9 Aprel 2019 14:39 (UTC +04:00)
Tacikistanın cənubundakı Xatlon vilayətində yük maşınının qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub
Tacikistanda yük maşını aşdı - 5 ölü

Bakı. Trend:

Tacikistanın cənubundakı Xatlon vilayətində yük maşınının qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, dağlıq ərazidə hərəkət edən maşının aşması nəticəsində kuzovda olan insanlar avtomobilin altında qalıb.

Qəza nəticəsində daha 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti