...

Piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 11 Aprel 2019 17:33 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurub və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. Belə ki, onun dünən axşam saatlarında idarə etdiyi “VAZ 2170 “ markalı avtomobillə piyada O. Abdurəhimovu vurub hadisə yerindən uzaqlaşdığı məlum olub. T. Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti