...

Azərbaycandan Rusiyaya külli miqdarda xarici valyutanın keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 27 Aprel 2019 17:49 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Azərbaycandan Rusiyaya külli miqdarda xarici valyutanın keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin əl çantası və gödəkçəsi rentgen aparatında yoxlanılarkən sərnişində gömrüyə bəyan edilməyən malların olması barədə gömrük əməkdaşında əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb vəçantasında təkrar yoxlama aparılıb.

Nəticədə çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 150 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 15 000 ABŞ dolları, vətəndaşın gödəkçəsinin cibində isə gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 10 000 ABŞ dolları, ümumilikdə 25 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti