...

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Hadisə Materials 13 May 2019 11:14 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun alətlər paneli yerləşən hissəsində və qoltuq altı hissədən ümumilikdə 3600 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti