...

Beynəlxalq axtarışda olan avtomobil saxlanılıb (FOTO)

Hadisə Materials 27 May 2019 17:18 (UTC +04:00)
Respublika ərazisinə gətirilən, ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb.
Beynəlxalq axtarışda olan avtomobil saxlanılıb (FOTO)

Bakı. Trend:

Respublika ərazisinə gətirilən, ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.

Belə ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib.

Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti