...

Pirallahıda yanğın - Bir nəfər tüstüdən boğularaq öldü

Hadisə Materials 30 May 2019 08:59 (UTC +04:00)
Pirallahı rayonunda yanğın baş verib.
Pirallahıda yanğın - Bir nəfər tüstüdən boğularaq öldü

Bakı. Trend:

Pirallahı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb.

Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti