...

Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanılılıb

Hadisə Materials 30 May 2019 16:02 (UTC +04:00)
Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanılılıb
Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanılılıb

Bakı. Samir Əli - Trend:

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər NazirliyindənTrend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti