...

Binəqədidə daha bir ərazidə güclü yanğın başladı

Hadisə Materials 13 İyun 2019 15:07 (UTC +04:00)
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Binəqədidə daha bir ərazidə güclü yanğın başladı

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın hadisəsi qəsəbə ərazisindəki zibillikdə başlayıb.

Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, ərazidə alovun tam söndürülməsi hələlik mümkün olmayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, bir neçə saat əvvəl Binəqədi rayonu, İ.Paşayev küçəsində boş sahədə də yanğın başlamışdı. FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları alovu söndürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti