Bakı. Samir Əli - Trend:
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.
Araşdırma aparılır.