...

Bakıda avtomobillə Xaçmaz sakini qətlə yetirilib

Hadisə Materials 24 İyun 2019 19:13 (UTC +04:00)
Bakıda avtomobillə Xaçmaz sakini qətlə yetirilib.
Bakıda avtomobillə Xaçmaz sakini qətlə yetirilib

Bakı. Trend:

Bakıda avtomobillə Xaçmaz sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşəliyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti