...

Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il

Hadisə Materials 24 İyun 2019 20:06 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Həsənli 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində N.Həsənli Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı çatıb. O, quldurluq edən şəxsi cinayət başında zərərsizləşdirərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Nicat Həsənliyə Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti