...

Binəqədidə kafedə partlayış olub

Hadisə Materials 29 İyun 2019 15:55 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binəqədidə kafedə partlayış olub

Bakı. Trend:

Binəqədidə kafedə partlayış olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 kv.m sahədə yanıb.

Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 kv.m sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti