...

Mingəçevirdə mal-qara oğrusu saxlanılıb

Hadisə Materials 8 İyul 2019 10:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İyulun 7-də Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev saxlanılıb.

Məsələ ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar olunub.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti