...

Samuxda 5 otaqlı ev yanıb

Hadisə Materials 13 İyul 2019 06:20 (UTC +04:00)
Samux rayonunda yanğın hadisəsi baş verib
Samuxda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Samux rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 196 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 87 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti