...

Dənizdə batan 1 nəfərin meyiti aşkar edilib (YENİLƏNİB)

Hadisə Materials 25 İyul 2019 00:53 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub
Dənizdə batan 1 nəfərin meyiti aşkar edilib (YENİLƏNİB)

İlk xəbər saat 23:11-də yayılıb

Bakı. Trend:

Dənizdə batan 1 nəfərin meyiti aşkar edilib.

FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1 nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.

XXX

23:11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti