Bakı. Trend:
Rusiyada, Tatarıstanın Kazan şəhərində “Tandem” ticarət mərkəzi təxliyə edilib.
Trend-in məlumatına görə, buna səbəb yanğın siqnalizasiyasının işə düşməsi olub.
Binadan ümumilikdə 500 nəfər çıxarılıb. Ticarət mərkəzində yoxlamalar keçirildikdən sonra siqnalizasiyanın yanlışlıqla işə düşdüyü məlum olub.
Hazırda insidentlə bağlı araşdırma aparılır.