...

Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

Hadisə Materials 27 Avqust 2019 21:40 (UTC +04:00)
Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.
Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Şümrüd kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü epilepsiya xəstəsi Zülfüqarov Cavanşir Məsti oğlu yaşadığı kəndin ərazisində mal-qara otararkən epileptik tutması yaranıb. C.Zülfüqarov otlaq sahəsində yıxılıb. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

C.Zülfüqarov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti