...

Xaçmazda meşə zolağında yanğın baş verib

Hadisə Materials 30 Avqust 2019 08:51 (UTC +04:00)
Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın söndürülüb
Xaçmazda meşə zolağında yanğın baş verib

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində 50 ha sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti