...

Lənkəran sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb

Hadisə Materials 7 Sentyabr 2019 15:03 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran rayon sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Səpnəkəran kənd sakini İ.Əkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə İ.Əkbərovun evinə baxış zamanı isə 3 kiloqram qurudulmuş marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti