...

Beyləqanda traktor aşıb - 1 ölü

Hadisə Materials 25 Sentyabr 2019 15:27 (UTC +04:00)
Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Beyləqanda traktor aşıb - 1 ölü

Bakı. Samir Əli - Trend:

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti