...

Ağsuda dəhşətli qəza, 1 nəfər öldü, 4 nəfər ağır yaralandı

Hadisə Materials 27 Sentyabr 2019 17:45 (UTC +04:00)
Ağsu rayonunda ağır yol qəzası baş verib.
Ağsuda dəhşətli qəza, 1 nəfər öldü, 4 nəfər ağır yaralandı

Bakı. Samir Əli - Trend:

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrliyində baş verib.

Ağsudan Kürdəmir istiqamətində hərəkətdə olan 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlu idarə etdiyi 10 GP 275 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə əks istiqamətdən gələn 1995-ci il təvəllüdlü Hacalıyev Vahid Hacalı oğlunun idarə etdiyi 31 BE 962 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Mayılov və sərnişinləri, 1986-cı il təvəllüdlü Qüdrətli Şahin Nəsrəddin oğlu, 1961-ci il təvəllüdlü Əmirova Şəla Osman qızı, digər sürücü Vahid Hacalıyev və sərnişini, 1967-ci il təvəllüdlü Səfərova Zeynəb Musa qızı ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Hacalıyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti