...

Kanalda batan 52 yaşlı şəxsin meyiti tapılıb

Hadisə Materials 3 Oktyabr 2019 14:09 (UTC +04:00)
1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.
Kanalda batan 52 yaşlı şəxsin meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti