...

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Hadisə Materials 4 Oktyabr 2019 20:38 (UTC +04:00)

Bakı. Trend:

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də saat 14 radələrində 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti