...

Ötən gün qəzalarda 4 piyada ölüb

Hadisə Materials 23 Oktyabr 2019 13:41 (UTC +04:00)
Ötən gün baş verən yol-nəqliyyat hadisələri zamanı 4 piyada ölüb
Ötən gün qəzalarda 4 piyada ölüb

Bakı. Samir Əli - Trend:

Ötən gün baş verən yol-nəqliyyat hadisələri zamanı 4 piyada ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rüfan Bağırovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Oktyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oktyabrın 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini V.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Gülməhəmməd Ərzimanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oktyabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər 4 faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti