...

Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Hadisə Materials 31 Oktyabr 2019 20:13 (UTC +04:00)
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti