...

Bakıda bağça yaxınlığında yanğın - 50 azyaşlı təxliyə edildi

Hadisə Materials 4 Noyabr 2019 10:48 (UTC +04:00)
Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.
Bakıda bağça yaxınlığında yanğın - 50 azyaşlı təxliyə edildi

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti