...

Göyçay sakini maşını ağaca vurdu - Ölən var

Hadisə Materials 28 Noyabr 2019 16:16 (UTC +04:00)
Göyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Göyçay sakini maşını ağaca vurdu - Ölən var

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 22 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakini E.Şamilov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini olan həmyerlisi Ruslan Rüstəmov xəstəxanaya yerləşdirilib, R.Rüstəmov orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti