...

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb

Hadisə Materials 18 Dekabr 2019 09:46 (UTC +04:00)
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb.
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb

Bakı. Trend:

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön hissəsi qarsalanıb və ümumi sahəsi 400 m² olan tikilinin plastikdən ibarət giriş qapısı əriyib.

Tikilinin və hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti