...

Torpaqda avtomat basdıran Bakı sakini saxlanıldı

Hadisə Materials 28 Dekabr 2019 17:18 (UTC +04:00)
Avtomat gizlədən Bakı sakini saxlanılıb.
Torpaqda avtomat basdıran Bakı sakini saxlanıldı

Bakı. Trend:

Avtomat gizlədən Bakı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov saxlanılıb.

Onun torpağa basdırdığı nömrəsi paslanmış “AKM” markalı avtomat silahı, 50 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti