...

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Hadisə Materials 14 Yanvar 2020 22:47 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti