...

Bakıda minik avtomobili ağaca çırpılıb, ölən var

Hadisə Materials 15 Yanvar 2020 22:24 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda “Moskviç” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb
Bakıda minik avtomobili ağaca çırpılıb, ölən var

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda "Moskviç" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Məmmədov Namiq Əliməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti