Bakı. Samir Əli - Trend:
Bakıda narkomaniyadan əziyyət çəkən şəxs həyatını itirib.
Trend-in məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində baş verib.
1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Vahid oğlu kəskin psixoloji maddədən zəhərlənmə ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Müalicələrə baxmayaraq, C.Hüseynov xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, C.Hüseynov narkomaniyadan əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.