...

Beyləqanda 2 mərtəbəli binada yanğın olub

Hadisə Materials 20 Yanvar 2020 10:39 (UTC +04:00)

Bakı. Trend:

Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 240 kv.m olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti