...

Ağcabədidə traktor piyadanı vurub

Hadisə Materials 3 Fevral 2020 12:04 (UTC +04:00)
Ağcabədidə traktor piyadanı vuraraq öldürüb.
Ağcabədidə traktor piyadanı vurub

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağcabədidə traktor piyadanı vuraraq öldürüb.

Bu barədə Trend-əDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Ağcabədi Rayon polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti