...

Keçmiş məhkum bu dəfə narkotikə görə saxlanıldı

Hadisə Materials 3 Fevral 2020 14:06 (UTC +04:00)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Hüseynov saxlanılıb.
Keçmiş məhkum bu dəfə narkotikə görə saxlanıldı

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti