...

Kürdəmirdə kənd təsərrüfatı avadanlıqları və mis naqil oğurlanıb

Hadisə Materials 5 Fevral 2020 18:15 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıb.
Kürdəmirdə kənd təsərrüfatı avadanlıqları və mis naqil oğurlanıb

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20.000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti