...

Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 5 Fevral 2020 13:35 (UTC +04:00)
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.
Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaretlər, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti