...

Neftçalada baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 8 Fevral 2020 22:06 (UTC +04:00)
Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur
Neftçalada baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər saat 19:56-da yayımlanıb

Bakı. Samir Əli - Trend:

Neftçalada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

Yanğınla əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.

20:11

Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, Təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.

XXX

19:56

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınla əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti