...

Mənzildən 56 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 12 Fevral 2020 15:46 (UTC +04:00)
Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb.
Mənzildən 56 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti