...

Bakıda bankir oğlunun ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 18 Fevral 2020 15:38 (UTC +04:00)
Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.
Bakıda bankir oğlunun ölümü ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.

Trend-in əldə etdiyi məlumata görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlu iynədən sonra anafilaktik şok keçirib və həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti